23 yanvar 2012 15:33

Azərbaycan əhalisi Olimpiadanı dəstəkləyir

Dünyanın aparıcı araşdırma şirkətlərindən olan “TNS Global”ın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95 faizinin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
2011-ci ilin dekabrında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkə əhalisinin 93 faizi Olimpiya Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanda idmanın inkişafına güclü təkan verəcəyinə inanır. Sorğuda iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhər sakinlərinin 50 faizi Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə oyunları seyr etmək üçün bilet alacaqlarını, həmçinin, 30 faiz iştirakçı isə Olimpiya Oyunlarının Azərbaycanın paytaxtında uğurlu təşkili üçün könüllü olaraq müxtəlif işlərə dəstək olmağa hazır olduqlarını bildiriblər.
 
Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
 
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı, Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdı. BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.
 
Aparılmış sorğuya münasibətini bildirən Bakı-2020 Təşkilat Qrupunun İcraçı Direktoru Könül Nurullayevanın fikrincə, sorğunun nəticələri Təşkilat Qrupunun fikrini bir daha təsdiq edir: "Ölkə Prezidentindən tutmuş məktəbdəki şagirdlərədək əhalimiz yekdilliklə Bakının Olimpiya Oyunlarına namizədliyini dəstəkləyir. Paytaxtımızın namizədliyi üçün Milli Olimpiya Komitəmiz, müxtəlif idman federasiyaları və geniş ictimaiyyət də böyük səylər ortaya qoyurlar."
 
Paytaxtın 2020 Olimpiya və Paralimpiya Oyunlarına Ev Sahibliyi etmək istəməsinin səbəblərinə də toxunan Könül Nurullayeva bildirib ki, Olimpiya məşəlinin 2020-ci ildə ilk dəfə olaraq Bakıya gətirilməsi Azərbaycana özünün böyük idman potensialını həyata keçirmək, ölkədə idmanın və həmçinin cəmiyyətin də inkişafına böyük təkan vermiş olar:
 
“Azərbaycanın çox gənc əhalisi var. Əhalimizin 50 faizdən çoxu 30 yaşdan cavandı. Olimpiya Oyunları vasitəsilə biz hamımız milyonlarla gənc kişi və qadın idmançılarımızın uğurlarını artıra bilərik, komanda oyunlarının inkişafını gücləndirə və yeni idman növlərini Azərbaycana gətirərik”.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.