21 may 2011 13:39

Olimpiya məşəlini 28 polis qoruyacaq

Gələn il May ayının 19-da 2012-ci il London olimpiya oyunlarının estafeti start götürəcək. Estafet İngiltərənin qərb qurtaracağı - Kornuoll yarımadasındakı Lends-End burnundan başlayacaq və olimpiya məşəli yürüş boyunca 24 saat ərzində 28 polisin müşayiəti altında qorunacaq. Məlumatı İTAR-TASS agentliyi Skotlend-Yarda istinadən yayıb.
 
Azerisport.az xəbər verir ki, bu məqsədlə asayiş keşikçiləri 664 müraciətdən xüsusi olaraq seçilib. Onların qarşısına olimpiya məşəlini və estafet mərasimini kütləvi etirazlardan, dissident qruplardan qorumaq tapşırığı qoyulub.
 
London Olimpiyadası ərəfəsndə əvvəlki estafetlərdən fərqli olaraq olimpiya məşəli yer kürəsini dolanmayacaq və yalnız Britaniya ərazisində yürüşlə məhdudlaşacaq. Məşəl olimpiyadanın ev sahibinə Yunanıstan ərazisindən keçdikdən sonra təşrif buyuracaq.
 
70 gün ərzində məşəli qoruyacaq 28 polis və yürüş boyu məşəli gəzdirmək şərəfi qazanmış səkkiz min insan xüsusi uniforma geyinəcək. Onlar silahsız olacaq. Hüquq mühafizə orqanlarının səkkiz nümayəndəsi ehtiyatda olacaq. Məşəldarı hər an ən azı iki polis nəfəri müşayiət edəcək.
 
London Olimpiyadasının təhlükəsizliyinin təmini üzrə koordinator, Böyük Londonun polis komissarının müavini Kris Ellisonun sözlərinə görə məşəlin estafetinə təhlükə ilə bağlı hər hansı məlumat daxil olmayıb. “Əgər adamlar çıxarsa, bizim etirazçılarla iş aparacağımız aydındır”, deyə o, bildirib. Estafet boyunca məşəl 12800 km-dən artıq yol qət edəcək. 27 İyulda olimpiya oyunlarının açılış mərasimindən qabaq məşəlin odu ilə London olimpiya stadionu üzərindəki kasa alovlandırılacaq. Olimpiya məşəlinin keçəcəyi yolda ilk 74 məntəqə artıq müəyyənləşdirilib. Olimpiya odu Britaniyanın hər ölkəsi və ərazi vahidi daxil olmaqla altı adadan keçəcək.
 
Bristol, Kardiff, Liverpul, Belfast, Qlazqo, Nyukasl, Mançester, Şeffild, Nottinqem, Oksford bu şəhərlər siyahısındadır. Məşəl nəinki iri şəhərlər, hətta kiçik yaşayış məntəqələri və kəndlərdən də keçəcək. Bura Britaniyanın gözəl guşələrindən olan adalar da daxildir. Həmçinin bir neçə idman obyekti və ictimai mərkəz də məşəlin yolu üzərindədir.
 
Tədbirin təşkilat komitəsindən bildiriblər ki, yürüş yolu qəti olaraq məyyənləşməyib və qalan məntəqələrin adları yaxın aylarda bildiriləcək. Məsələn, estafetin İrlandiyanın paytaxtı Dublinindən keçməsinin mümkünlüyü ilə bağlı müakirələr gedir. Estafeti keçəcək səkkiz min məşəldarın seçimi artıq başlayıb. Onların əksəri ictimaiyyət nümayəndələridir.
 
Xatırladaq ki, müasir Olimpiya oyunları üçün alov Olimpdə xüsusi parobolik güzgü vasitəsi ilə günəş şüalarından alovlandırılır. Sonra səyahətini bütün Yunanıstan boyunca davam edir. Daha sonra məşəl olimpiya oyunlarını qəbul edəcək ölkəyə yollanır və estafetə başlayır.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.