13 dekabr 2010 14:23

Tarixi qərar: Para-kanoe Yay Paralimpiya Oyunlarının proqramına salındı

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramına iki yeni idman növü salınıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) Çinin Quançjou şəhərində keçirilmiş İcraiyyə Komitəsinin iclasında 2016-cı ildən etibarən əlillər arasında hər 4 ildə bir dəfə keçirilən Yay Paralimpiya Oyunlarında para-kanoeçilərlə para-triatlonçuların da mübarizə aparmasına qərar verilib.
 
Para-kanoe və para-triatlon namizədliyi irəli sürülən 7 idman növü arasından səsvermə yolu ilə seçilib. Bununla da 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramındakı idman növlərinin sayı 22-yə çatıb. Daha 5 idman növü – para-badminton, əqli cəhətdən məhdud idmançılar üçün basketbol, para-qolf, mühərrikli stul üzərində futbol və para-taekvondo səsvermədən keçə bilməyib.
 
İPC-nin prezidenti Filip Kraven para-kanoe və para-triatlonun Yay Paralimpiya Oyunlarının proqramına salınması münasibətilə Beynəlxalq Kanoe Federasiyası (İCF) və Beynəlxalq Triatlon Federasiyasını (İTU) təbrik edib, 2016-cı ilədək yüksək səviyyəli para-kanoeçi və para-triatlonçuların yarışlarda iştirakı prosesində onlarla yaxından əməkdaşlıq edəcəklərini bildirib.
 
Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 – 18 sentyabr 2016-cı ildə keçiriləcək.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.