29 noyabr 2010 19:40

AR-nın idman naziri Madridin Real klubunun stadionunda

Azərbaycan Respublikası gənclər və idman naziri  Azad Rəhimov İspaniya Ali İdman Şurasının sədri  Xayme Lissavetzkinin dəvəti ilə İspaniyada səfərdə olmuşdur. Azerisport.az xəbər verir ki, Avropa Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsində keçən göruş zamanı hər iki ölkə arasında  idman sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, gələcək əməkdaşlıq yolları  barəsində müzakirələr aparılmışdır.
 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair imzalanmış Memorandumda idman qurğularının layihələşdirilməsi və inşası sahəsində əldə olunmuş təcrübəyə dair məlumatların mübadiləsinin təmin edilməsi, idmana aid elm və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması, əlillər üçün idmanın dəstəklənməsi və təşviq olunması üzrə birgə proqramların işlənib hazırlanması, uşaq idmanının inkişafı, dopinqə qarşı  mübarizə sahəsində əməkdaşlıq və s. mövzular öz əksini tapmışdır.
 
Səfər çərçivəsində Azad Rəhimov Madrid Elit İdmançıların hazırlığı Mərkəzinə, Dövlət Antidopinq Mərkəzinin Dopinq  Nəzarəti Laboratoriyasında olmuş və həmin mərkəzlərin işi barədə geniş məlumat əldə etmişdir. Nümayəndə heyəti üçün Madridin Real klubunun stadionuna tanışlıq səfəri təşkil edilmişdir.
 
Xüsusi ilə qeyd etmək lazımdır ki, bu Azərbaycan Hökuməti nümayəndəsinin İspaniya Krallığına  ilk rəsmi səfəridir. Bununla yanaşı  Azad Rəhimov  və Xayme Lissavetzki arasında idman sahəsində əməkdaşlığa dair imzalanmış Memorandum iki ölkə arasında ilk rəsmi sənəddir.     

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.