22 may 2010 14:42
QALMAQAL! Olimpiya Oyunlarının iştirakçısı buz meydançaya strinqlə çıxıb (FOTO)
Yaponiyanın ümidverici yeniyetmə idmançısı, konkidə sürüşmə üzrə Qış Olimpiya Olyunlarında iştirak etməyə ən layiqli namizəd hesab edilən 15 yaşlı Miho Takagi məşqə tamaşa etməyə gələn tamaşaçıları şoka salıb.
Gənc qız məşqə yeni – qızılı rəngli şəffaf idman kostyumunun altından aydınca görünən strinq alt geyimi ilə çıxıb.
azerisport.az saytına daxil olan informasiyaya əsasən, çətin ki, Olimpiya Oyunlarının hakimləri ona bu forma ilə meydançaya çıxmağa icazə versinlər. İcazə versələr belə, tamaşaçıların daha çox yarışlara, yoxsa idmançının geyiminə tamaşa edəcəkləri böyük sual altındadır.
Xatırladaq ki, Miho Takagi Yaponiya millisinin ən gənc idmançısıdır. Çox güman ki, geyimin seçiminə də məhz idmançının yaşının azlığı səbəb olub.
