22 aprel 2010 13:54
Ümumtürk oyunlarında Azərbaycan da iştirak edəcək
Bu il Ankarada 5 türk ölkəsinin idmançılarının iştirakı ilə Ümumtürk oyunları keçiriləcək. Azerisport.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bir müddət əvvəl Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr müsbət nəticələnib. Oyunlarda 5 idman növü – voleybol, basketbol, güləş, stolüstü tennis və şahmat üzrə yarışlar təşkil olunacaq.
