21 aprel 2010 00:35
BOK prezidenti ölümcül vəziyyətdə
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Xuan Antoni Samaranc ağır vəziyyətdə Barselona şəhərinin klinikalarından birinə yerləşdirilib və hazırda intensiv terapiya şöbəsindədir. Azerisport.az AFP agentliyinə istinadla xəbər verir ki, həkimlərin diaqnozu bədbindir: “ürək çatışmamazlığı”.
Sonuncu dəfə 2009-cu ildə pristup sonrası xəstəxanaya yerləşdirən Samaranç 1980-2001-ci illərdə BOK-un prezidenti olub.
