3 aprel 2010 15:55
Yeniyetmələrin ilk Olimpiadasına Azərbaycan İTV-də baxacaq
Sinqapurda yayda keçiriləcək yeniyetmələrin ilk Yay Olimpiya Oyunları İTV ekranlarında yayımlanacaq. Qeyd edək ki, bir müddət öncə Vankuver Qış Olimpiya oyunlarını ekranlara 1-ci kanal gətirib. Azerisport.az xəbər verir ki, tarixdə ilk dəfə keçiriləcək yeniyetmələrin ilk Yay Olimpiya Oyunları avqustun 14-də start götürəcık. Dünyanın 170 ölkəsinin idmançılarının qatılacaq olimpiadada 27 idman növündə medallar sahibini tapacaq. Xatırladaq ki, 2012-ci ildə Londonda təşkil olunacaq 30-cu Yay Olimpiya Oyunlarını da idman həvəskarlarə İctimai Televiziya vasitəsilə izləyəcək.
