3 noyabr 2016 19:00

AGİN-də Böyük Dəbilqə yarışının mükafatçıları ilə görüş

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində medallar qazanan Azərbaycan cüdoçularının iştirakı ilə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov mötəbər yariışda əldə olunan 1 qızıl, 1 gümüş və 1 bürünc medalı yüksək nailiyyət hesab edib.

İ.İsmayılov bu münasibətlə əməyi olan hər kəsi təbrik edib. Cüdonun Azərbaycanda populyar növ olduğunu bildirən nazirlik rəsmisi Avropa və dünya çempionatları, eləcə də Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərin qazanıldığını xatırladıb. O, son olaraq, "Rio-2016"da cüdoçuların 2 gümüş medal əldə etdiklərini xatırladaraq, bunu ölkədə idmana, o cümlədən cüdoya göstərilən qayğının real nümunəsi adlandırıb. Nazirlik rəsmisi hazırda cüdonun inkişafı, kütləviliyə nail olunması istiqamətində addımların atıldığını, bölgələrdə müxtəlif yaş qrupları üzrə yarışların keçirildiyini dilə gətirib. İ.İsmayılov cüdoçulara gələcək yarışlarda uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı tədbirin təşkilinə görə nazirliyə minnətdarlığını bildirib. O, "Böyük Dəbilqə"də 34 ölkədən 155 cüdoçunun mübarizə apardığını və bir dəst medalı yüksək nailiyyət saydıqlarını vurğulayıb. Federasiya rəsmisi ilin sonunadək daha bir neçə tədbirə qatılacaqlarını, gələn ildən isə Hakimlərin Seminarı və "Böyük Dəbilqə"nin Bakıda təşkil olunacağını vurğulayıb. O, Beynəlxalq Cüdo Federasiyasının 2018-ci il dünya çempionatının Azərbaycan paytaxtında keçiriləcəyini xatırladıb.

"Bu, olimpiadadan sonra ilk yarışımız idi. Biz də məşqçilərimizin verdikləri tapşırıqları yerinə yetirdik". Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilmiş "Böyük Dəbilqə" turnirində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elxan Məmmədov deyib. 100 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı qazanılan nailiyyətdə məşqçilər heyəti ilə yanaşı, Azərbaycan Cüdo Federasiyasının böyük rolunun olduğunu vurğulayıb.

Sonra "Böyük Dəbilqə" yarışında gümüş medal qazanan Rüstəm Orucov və bürünc medalın sahibi Tural Səfquliyev jurnalistləri maraqlandıran suallara cavab verib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.