13 dekabr 2016 12:40

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, 2016-cı ilin yekun reytinq cədvəlində Avropa çempionu, Rio Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb.

Belə ki, cüdoçumuz 3010 reytinq balı yığaraq həm öz çəkisində 1-ci yerini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Rüstəm neçə ildir bu göstəriciyə görə lider olan, ikiqat Olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.

Rio Olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.

Sevindirici haldır ki, 60 kq-da ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edən Orxan Səfərov bütün rəqiblərini qabaqlayaraq liderliyi ələ keçirib (1854 xal). Bu çəkidə mübarizə aparan daha bir cüdoçumuz İlqar Müşkiyev də 2 pillə irəliləyərək 1073 xalla 12-ci yerdə qərarlaşıb.

66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə ötən ayla müqayisədə 1002 xal qazanaraq 9-cu pilləyə yüksəlib.

Digər iki cüdoçumuz - Məmmədəli Mehdiyev və Uşanqi Kokauri (+100 kq) reytinq cədvəlində öz yerlərini qorumağa müvəffəq olublar. Mehdiyev 806 xal ilə 20-ci, Kokauri isə 866 xalla 18-ci yerdə qərarlaşıblar.

Похожие новости

Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
Cüdo 20 noyabr

Zaur Paşayev dünya çempionu oldu

Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.