30 oktyabr 2016 19:10

Elxan Məmmədov BƏƏ-də qızıl medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində mübarize aparan Tural Səfquliyev ilk görüşündə Seyshel adalarinin idmançisi Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.