24 oktyabr 2016 12:20

Zaqatalada məşqçilər üçün seminar keçirilib

Ötən gün Zaqatala İdman Olimpiya Kompleksində məşqçilər üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib.

Mütəxəssislər Tərlan Poladov, Musa İsmaylov və Tərlan Həsənov məşqçinin məşq prosesini idarə etməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibəti, məşqçinin tələbələrinə nəzarəti -  məktəb dərs gündəliyi, cüdo üzrə gündəliyi, nizam intizam, gigiyena, zədələrə qarşı proflaktikası və qidalanmasına nəzərət qaydalarından danışıblar.

Həmçinin, məşqçinin tələbələrini yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət, yarışda öz tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, öz yarışlarını təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.