23 oktyabr 2016 11:30

Regionlarda keçirilən yarışlar cüdoya böyük maraq oyadır

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran mühüm vəzifələrdən biri də  respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparmaqdır. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyinin diqqət və qayğısı nəticəsində regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur.

İlin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə artıq Şəmkirdə "Qərb bölgəsi" və Bərdə rayonunda "Aran bölgəsi" yarışları keçirilib. Hər iki yarışda ümumilikdə 400 -ə yaxın yeniyetmə cüdoçu qüvvəsini sınayıb. Turnirdə qalib gəlmiş cüdoçulara federasiyanın diplom və hədiyyələri təqdim olunub.

Azərbaycan Cüdo Federasiyanın göstərdiyi bu təşəbbüs regionlarda böyük maraqla qarşılanıb. Növbəti həftə isə Zaqatalada "Şimal - qərb bölgəsi", Qəbələdə "Şimal bölgəsi" yarışları keçiriləcək. Region yarışlarının qalibləri respublika birinciliklərində mübarizə aparacaqlar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.