13 oktyabr 2016 13:40

Azərbaycan cüdosu dünya reytinqində ilk onluqda

Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası bu statistikada 48 medal (13 qızıl, 9 gümüş və 26 bürünc) qazanaraq səkkizinci yerdə qərarlaşıb.

Milli komandamız üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdır. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. Gümüş medal qazandığı Rio Olimpiadasına qədər, o, Kazanda keçirilən Avropa çempionatında və Havana “Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhvəsini verib. 

Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.