17 sentyabr 2016 00:00

İki cüdoçumuz Avropa çempionu oldu

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız iki qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı finala gedən yolda türkiyəli Oğuzhan Karaca, macarıstanlı Daniel Monori və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Qurbanlı həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da uğurlu nəticəyə imza atıb. O, rumuniyalı Aleksandru Raicu, polşalı Tomasz Czerniaşski, Böyük Britaniyalı Danile Povel və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu olub.

Mötəbər yarışda mübarizə aparan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub.

Bununla da, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran millimiz komanda hesabında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.