9 sentyabr 2016 13:00

Gənc cüdoçularımız İspaniyaya yollanır

Xəbər verdiyimiz kimi, sentyabrın 16-18 tarixində İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, fərdi və komanda şəkilində keçiriləcək yarışlarda cüdo üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.

Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılğı altında təlim-məşq toplanışını davam etdirən milli komandamız sentyabrın 13-də İspaniyaya yola düşəcək.

Mötəbər yarışda cüdo üzrə Azərbaycan milli komandasını Natiq Qurbanlı, Kəramət Hüseynov (hər ikisi 55 kq), Tofiq Məmmədov, Murad Heydərli (hər ikisi 60 kq), Hidayət Heydərov, Hasil Cəfərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Aslan Mirzəyev, Azər Yaqubov (hər ikisi 90 kq),  Etibar Zeynalov (100 kq), Şəfəq Həmidova (44 kq), Leyla Alıyeva (48 kq), Səkinə Zayırova və Leyla Şahin (hər ikisi 57 kq) təmsil edəcəklər.

Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.