16 iyul 2016 19:00

Böyük Dəbilqənin ilk günündə 2 medal qazandıq

Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları iki medal qazanıblar.

60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk qarşılaşmasında özbəkistanlı Doniyor Sultanbəyi məğlub edib. Lakin yarımfinalda meydan sahibi Albert Oğuzova uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Növbəti rəqibi də rusiyalı olan cüdoçumuz bu dəfə qarşılaşmadan qalib ayrılıb. Sayan Kertek üzərində qələbəyə sevinən Müşkiyev mötəbər turnirin bürünc medalını qazanıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən digər cüdoçumuz Davud Məmmədsoy ilk qarşılaşmasında Albert Oğuzova məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Doniyor Sultanbəyə qalib gələn Məmmədsoy bürünc medal uğrunda görüşdə meydan sahibi Dmitri Kulikovu da məğlub edərək millimizin aktivinə növbəti medalı yazdırıb.

Qeyd edək ki, 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) mübarizə apardığı “Böyük Dəbilqə” yarışında Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.