3 iyul 2016 14:00

Monqolustanda Azərbaycan himni səsləndirildi

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.

100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev mübarizəyə 1/4 finaldan qoşulub. O, bu mərhələdə tatami sahibi Khanqal Odbaatara qalib gəlib. Kotsoyev yarımfinalda daha bir monqolustan cüdoçusu Ambaselmaa Bayarsaikhan üzərində qələbə qazanıb. Təmsilçimizin həlledici görüşdə də rəqibi Monqolustan cüdoçusu olub. Zelim Kotsoyev final qarşılaşmasında İşdorj Daşdulama qalib gələrək qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov ilk qarşılaşmasında Çin idmançısı Rigede Buya uduzub. O, təsəlliverici görüşdə rusiyalı Evgenii İvanova qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmada isə tatami sahibi Tsetsentsengel Odkhuu üzərində inamlı qələbə qazanaraq ölkəmizə üçüncü bürünc medalı qazandırıb.

Bununla da, Azərbaycan millisi Ulan-Bator Qran-Prisini 1 qızıl 3 bürünc medal qazanaraq başa vurub. Ölkəmizə qızıl medalı Zelim Kotsoyev (100 kq), bürünc medalları isə Davud Məmmədsoy (60 kq), Fəqan Quluzadə (73 kq) və Firudin Dadaşov (90 kq) qazandırıb.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunurdu.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.