2 iyul 2016 18:00

Qran-Pridə millimizin aktivinə növbəti medalı Fəqan Quluzadə yazdırdı

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışı davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

73 kq çəki dərəcəsində çıxış edən Fəqan Quluzadə 1/4 finalda Çin idmançısı Yandelixey Ba üzərində qələbə qazanıb. Lakin Quluzadə yarımfinalda monqolustanlı Batgerel Battsetseqə uduzub. Eyni çəkidə mübarizə aparan digər təmsilçimiz Telman Vəliyev rusiyalı Leo Foqelə uduzaraq təsəlliverici görüşə qatılıb. O, qazaxıstanlı Nurlan Orazalinlə qarşılaşmadan qalib ayrılıb. Bürünc medal uğrunda görüşdə Quluzadə və Vəliyev üz-üzə gəlib. Azərbaycan duelinin qalibi Fəqan Quluzadə olub. Telman Vəliyev 5-ci yerlə kifayətlənib.

81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 3-cü yer uğrunda görüşdə cənubi koreyalı Von Yun Yunqa uduzaraq Qran-Pridə 5-ci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə Davud Məmmədov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.