2 iyul 2016 00:10

Cüdoçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu!

Azərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar. Azerisport.az xəbər verir ki, cüdoçularımız qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermenistan, Rumıniya ve Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiye, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrk Avropa çempionu adını qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəye sevinen Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.