1 iyul 2016 16:00

Davud Məmmədsoy qran pridə bürünc medal qazandı

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə qran pri yarışına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy mübarizəyə 1/4 finaldan qoşulub. İlk qarşılaşmasında monqolustanlı Ser-Od Nasanyarqala uduzan Məmmədsoy təsəlliverici görüşə qatılıb. Bu mərhələdə təmsilçimizin çıxışı uğurlu alınıb. O, ilk olaraq Rusiya cüdoçusu Maksim Burnaşev üzərində inamlı qələbə qazanıb. Davud Məmmədsoy həlledici qarşılaşmada daha bir rusiyalı idmançı Albert Monquşa qalib gələrək bürünc medala sahib olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli də ilk görünü məğlub başa vurub. Şirinli təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli Paylak Qaloyanı mübarizədən kənarlaşdırsa da, bürün medal uğrunda mübarizədə sloveniyalı Andraz Jerebiyə uduzaraq Pran-Pridə 5-ci olub.

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı qran pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.