7 may 2016 18:30

Rüstəm Orucov da Böyük Dəbilqədə bürünc medal qazandı

Mayın 6-da Heydər Əliyev adına İdman Sarayında startı verilmiş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 9 üzvü tatami üzərinə çıxıb. 

Onlardan 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov mükafatçılar arasında yer almağa müvəffəq olub. Yarışa ikinci mərhələdən başlayan cüdoçumuz İsrail təmsilçisi Tohar Bertbul və kubalı Maqdiel Estrada üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibi Dmitro Kanivetsə məğlub olan Orucov təsəlliverici görüşə qatılıb. Həmin qarşılaşmada Yunanıstan idmançısı Georgios Azoidisə qalib gələn cüdoçumuz üçüncü yer uğrunda mübarizədə macarıstanlı Mikloş Unqvari ilə üz-üzə gəlib. Rüstəm Orucov bu görüşdən də qalib ayrılıb və “Böyük Dəbilqə” turnirinin bürünc medalına layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günü milli komandamızın digər üzvü Tərlan Kərimov (66 kq) da bürünc medal qazanmışdı.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.