6 may 2016 20:00

Böyük dəbilqə turnirinin açılış mərasimi

Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, tədbirə iştirakçı ölkələrin bayraqlarının meydana daxil olması ilə start verildi.

Mərasimdə ilk çıxış edən gənclər və idman naziri Azad Rəhimov ən nüfuzlu yarışların Azərbaycanda qürur hissi ilə və yüksək səviyyədə keçirildiyini söylədi. O, dövlət başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğuladı və ölkə prezidentinə minnətdarlığını bildirdi. Nazir öz çıxışının davamında bunları söylədi: “Azərbaycan idmanının təntənəsi ötən il ilk Avropa Oyunlarının keçirilməsi oldu. Hazırda isə 17 yaşadək futbolçular arasında Avropa çempionatı, velosiped üzrə “Tour d΄ Azerbaidjan” və “Böyük dəbilqə” kimi yarışlarla yanaşı, gələn ay “Forfmula-1” üzrə Avropa Qran-prisi, sentyabrda Ümumdünya Şahmat Olimpiadası və 2017-ci il İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirdi. İnanıram ki, cüdo üzrə “Böyük dəbilqə” turnirində də idmançılarımız uğurlarını davam etdirəcəklər”.

Sonra söz Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Nasir Əl Xamimiyə verildi. O, Bakıda keçirilən “Böyük dəbilqə” turnirində iştirak etməkdən qürur duyduğunu söylədi. Xamimi Azərbaycan Cüdo Federasiyasına və idmançılara uğurlar dilədi.

Rəsmi hissənin sonunda Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan etdi və güclülərin qalib gəlməsini arzuladı.

Sonra Azərbaycan Dövlət Himni səsləndirildi və bədii hissə başladı. Bədii hissədə Bakının qədim və müasir görkəmini əks etdirən kompozisiyalar nümayiş etdirildi. Cüdo geyimli rəqqasların rəqsinin xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” şikəstəsinə keçidi azarkeşlərin gurultulu alqışları ilə qarşılandı. Bədii hissə “Natiq” ritm qrupunun çıxışı və müxtəlif rəqs ifaları ilə başa çatdı. 

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.