2 may 2016 19:15

Rövnəq Abdullayev cüdo yığmamızla görüşdü

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev aprelin 21-24-də Rusiyanın Kazan şəhərində təşkil olunan Avropa çempionatında böyük uğura imza atmış cüdoçularla görüşüb. Azerisport.az xəbər verir ki, o, tədbirdə çıxış edərək milli komandanın Kazandakı nailiyyətini yüksək qiymətləndirib.

Federasiya prezidenti qitə çempionatında idmançılarımızın 1 qızıl, 1 gümüş medal qazanmalarını, eləcə də komanda yarışlarında tarixdə ilk dəfə olaraq bürünc medala sahib olmalarını böyük uğur kimi dəyərləndirib və cüdoçuları əldə etdikləri möhtəşəm qələbə münasibətilə təbrik edib.

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov da çıxışında cüdoçuların Avropa çempionatındakı nailiyyətlərinin çox önəmli olduğunu dilə gətirib. Qeyd edib ki, bu ilin Olimpiya ili olduğunu nəzərə alaraq daha çox çalışmalıyıq və hədəfimiz Riodan Vətənə medallarla dönmək olmalıdır. Cüdoçuları qazandıqları qələbə münasibətilə təbrik edən natiq onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Milli komandanın baş məşqçisi Peter Zayzenbaher cüdoçular adından onlara yüksək səviyyədə yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkürünü çatdırıb və bundan sonra da əzmlə çalışacaqlarını söyləyib.

Sonda federasiya rəhbərliyi tərəfindən Kazanda uğurlu çıxışları ilə hər kəsi sevindirən milli komanda üzvlərinə xatirə hədiyyələri təqdim olunub. (ACF)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.