21 aprel 2016 20:40

Azərbaycan cüdoçusu Avropa çempionatının gümüş medalını qazandı

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. Lüksemburqlu Tom Şmitə qalib gələn Səfərov daha sonra əslən azərbaycanlı olan Belarus təmsilçisi Arif Bağırov üzərində inamlı qələbə qazanıb. 1/4 finalda hollandiyalı Jeron Muren, yarımfinalda isə italiyalı Elios Mansini qalib məğlub edən cüdoçumuz adını finala yazdırıb. Lakin həlledici qarşılaşmada Fransa təmsilçisi Valid Xyara uduzaraq Avropa çempionatının gümüş medalına sahib olub.

Bu çəkidə mübarizə aparan millimizin digər üzvü İlqar Müşkiyev çempionatda 7-ci yeri tutub.

Digər cüdoçularımız Tərlan Kərimli (66 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, 46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.