3 aprel 2016 19:30

Məmmədəli Mehdiyev Türkiyə qran-prisində gümüş medal qazandı

Türkiyənin Samsun şəhərində cüdo üzrə qran-pri yarışına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə daha bir medalı yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev finala gedən yolda gürcüstanlı Uşanqi Marqiani, hindistanlı Avtar Sinq və polşalı Patrik Çexomskini məğlub edib. Yarımfinalda Brazliya təmsilçisi Tyaqo Kamilo üzərində qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Rusiya cüdoçusu Husen Halmurzayevə uduzan Mehdiyev qran-prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdoçularımız Türkiyə qran-prisini Məmmədəli Mehdiyev (90 kq, gümüş) və İlqar Müşkiyevin ( 60 kq, bürünc) qazandığı 2 medalla başa vurub.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.