1 aprel 2016 19:20

İlqar Muşkiyev Türkiyədə medal qazandı

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, milli komandamız aktivinə ilk medalı yazdıra bilib.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev 1/4 finala gedən yolda ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib. 1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazıdırıb.

Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmasında tatami sahibi Əhməd Kabaya məğlub olub.

Digər cüdoçularımız – Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparır.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.