14 mart 2016 01:10

Argentinada daha bir medal

Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şahin Qəhrəmanov avstraliyalı Dieqo Baretto və argentinalı Mariano Bertolottini məğlub edərək 1/4 finala yüksəlib. Lakin1/4 finalda Rusiya təmsilçisi Kiril Denisova məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Bu mərhələdə meksikalı İsao Kardenasa qalib gələn Qəhrəmanov bürünc medal uğrunda görüşdə komanda yoldaşı Tural Səfquliyevlə qarşılaşıb. Səfquliyevi də məğlub edən Şahin Qəhrəmanov bürünc medala sahib olub.

Cüdo üzrə Panamerika açıq çempionatında Əbdülhəqq Rəsullu (81 kq) və Tural Səfquliyev (90 kq) 5-ci olublar.

Digər cüdoçumuz Hüseyn Rəhimli (81 kq) isə mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, yarışın birinci günü 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli qızıl medala sahib olub.

Bununla da, Azərbaycan milli komandası Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatında çıxışına 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq yekun vurub. (ACF)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.