18 fevral 2016 12:15

Azərbaycan cüdoçuları Almaniyada

Sabah Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.  İlqar Müşkiyev, Şahin Qəhrəmanov zədəli olduqlarına görə Düsseldorf turnirində iştirak etməyəcəklər.

Almaniya Qran-Prisində ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq. İki gündür yarışın keçirildiyi şəhərdə məskunlaşan cüdoçularımız milli komandanın baş məşqçisi Piter Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər.

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birlikdə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Nicat və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.

 

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.