14 fevral 2016 21:40

Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan milli komandası üçün uğurlu olub.

+100 kq çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri finala gedən yolda ekvadorlu Freddi Fiqueroa, tatami sahibi Daniel Allerstorfer, monqolustanlı Temulen Battulqa və kubalı Qarsia Mendozanı məğlub edib. Final qarşılaşmasında isə Rusiya təmsilçisi Aslan Kambievə qalib gələrək Avropa kubokunun qızıl medalını qazanıb.

Məmmədəli Mehdiyev (90 kq) və Cəlil Şükürov (100 kq) mötəbər turnirdə 5-ci olublar.
Digər cüdoçularımız – Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər üçü 90 kq) mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, turnirin ilk günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli bürünc medal qazanıb.

Bununla da, Azərbaycan millisi Avropa kubokunda 2 medal (1 qızıl və 1 bürünc) qazanaraq komanda hesabında mötəbər turniri ikinci yerdə başa vurub.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.