14 fevral 2016 20:20
Cüdoçularımız İspaniyada 10 medal qazandılar
İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız daha 2 qızıl medal qazanıb.
Oğlanlar arasında Paşa Əliyev (73 kq) və Arif Qasımov (81 kq) Avropa kubokunun qızıl medalına sahib olub.
Qızlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva isə 5-ci yeri tutub.
Bununla da, Azərbaycan millisi Avropa kubokunda 10 medal (5 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq komanda hesabında mötəbər turniri birinci yerde başa vurub.










