12 fevral 2016 16:20

Sadıq Sadıqov: Bu tərəfdaşlıq yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək

Dünən SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Azerisport.az xəbər verir ki, bu sözləşmə barədə daha ətraflı məlumat almaq üçün Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova müraciət etdik. Sadıq Sadıqov açıqlamasında qeyd etdi ki, bu sözləşmə yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək:

“Ötən ilin oktyabr ayında Parisdə Azərbaycan Cüdo Federasiyası və Beynəlxaq Cüdo Federasiyasının rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, SOCAR-la Beynəlxalq Cüdo Federasiyası arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilmişdir. Bu il Olimpiya ili sayılır və bu dövr ərzində Beynəlxalq Cüdo Federasiyasının xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan Tərəfdaşlıq müqaviləsi də, bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaqdır . Eləcə də Beynəlxalq Cüdo Federasiyası tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”. 

Sadıq Sadıqov həmin layihələrin nədən ibarət olduğunu da açıqlayıb: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulmuşdur. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcəkdir”. (ACF)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.