9 fevral 2016 14:00

Cüdoçularımız açıq Avropa çempionatında çıxış edəcək

Azərbaycan cüdoçuları bugünlərdə daha bir yarışda qüvvələrini sınayacaqlar. Azerisport.az xəbər verir ki, artıq bir neçə turnirdə ardıcıl olaraq iştirak etmiş yığmamız bu dəfə Avstriyanın Obervart şəhərində təşkil olunacaq açıq Avropa çempionatında yarışacaq. Çempionat fevralın 13-14-də keçiriləcək və yarışa 52 ölkədən 301 cüdoçu qatılacaq.

Baş məşqçi Peter Zayzenbaher bu dəfə əsasən ehtiyat qüvvəyə güvənəcək. Belə ki, 21 nəfərlik heyətdə millinin əsas heyətindən yalnız Uşanqi Kokauri (+100 kq) yer alıb. Cüdoçularımızdan Vüqar Şirinli, Elbrus Zamanov, Oruc Vəlizadə, Davud Məmmədsoy (hamısı 60 kq), Hidayət Heydərov, Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq), Fəqan Quluzadə, İsmayıl Piriyev, Vüqar Bayramov (hər üçü 73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq) və Cəlil Şükürov (100 kq) da heyətə daxil edilib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.