8 fevral 2016 00:10

Cüdoçularımız Böyük dəbilqə turnirinin ikinci günündə medal qazana bilmədilər

Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunub. Yarışın son günündə tatamiyə 7 cüdoçumuz çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov mübarizəyə ikinci dövrədən başlayıb. Cüdoçumuz yarımfinala gedən yolda avstriyalı Kristof Kronberger, estoniyalı Qriqori Minaskin və hollandiyalı Mixail Korrel üzərində qələbə qazanıb. Yarımfinalda tatami sahibi Siril Maretə məğlub olaraq bürünc medal uğrunda Almaniya təmsilçisi Karl Riçard Frey ilə qarşılaşıb. Lakin almaniyalı cüdoçuya da məğlub olan Qasımov “Böyük dəbilqə”də 5-ci olub.

Millli komandamızın iki cüdoçusu - Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (+100 kq) mötəbər turnirdə 7-ci olublar.

Digər cüdoçularımız - Rüstəm Alimli, Əbdülhəq Rəsullu (hər ikisi 90 kq), Şahin Qəhrəmanov və Ramin Qurbanov (hər ikisi 90 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Paris “Böyük dəbilqə” turnirini İlqar Müşkiyevin (60 kq) qazandığı bir gümüş medalla başa vurub.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.