7 fevral 2016 00:05

Azərbaycan cüdoçusu İlqar Müşkiyev Parisdə gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə start verilib. Azerisport.az xəbər verir ki, 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunur.

Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə başlayan millimiz aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb. Cüdoçumuz 1/4 finala gedən yolda qırğızıstanlı Argen Bakıtbek, perulu Juan Postiqos və tatami sahibi Vinsent Limare üzərində qələbə qazanıb. 1/4 finalda Koreya təmsilçisi Von Jin Kimi məğlub edən Mükiyev, yarımfinalda Özbəkistan cüdoçusu Şarafuddin Lütfillaevə də qalib gələrək adını finala yazdırıb. Lakin finalda Yaponiya təmsilçisi Toru Şişimeyə məğlub olan İlqar Müşkiyev “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.

Digər cüdoçularımız - Orxan Səfərov ( 60 kq), Hidayət Heydərov və Tərlan Kərimov (hər ikisi 66 kq) mübarizəni erkən dayandırıblar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.