5 fevral 2016 16:00

Sumqayıt cüdoçuları ilə görüş keçirilib

«Azərkimya» İB-nin akt zalında Sumqayıt cüdo ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçilər və klub rəhbərlərinin görüşü keçirilib. Azerisport.az xəbər verir ki, tədirdə Milli Məclisin Sumqayıtdan seçilmiş deputatları Muxtar Babayev və Tahir Mirkişili, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərişi və qayğısı sayəsində bölgələrdə idmanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və gerçəkləşən irimiqyaslı layihələrdən söhbət açılıb. Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident seçilməsindən sonra idmanın bu növündə yaşanan sürətli inkişaf xüsusi vurğulanıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 2015-ci ilin sentyabr ayında keçirilən konfransdan otən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, bu gün qarşımızda duran ən vacib məsələlərdən biri avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaq və yarışlarda yüksək səviyyədə təmsil olunmaqla, yeni uğurlara imza atmaqdır.

Bölgələrdə, o cümlədən Sumqayıtda cüdonun inkişafına yeni həyat vermək məqsədilə federasiyada qurum rəhbərinin tapşırığına əsasən xüsusi proqram hazırlandığını vurğulayan Sadıq Sadıqov yeni rəhbərliyin ciddi nəzarəti və idmanın bu növünün inkişafına yaxından dəstəyi nəticəsində mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılacağını söyləyib.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə «Azərkimya» İB-nin müşahidə şurasının sədri Muxtar Babayev, Sadıq Sadıqov və Tahir Mirkişili idmançıları və KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Sonda şəhərin idman ictimaiyyətinin nümayəndələri maraqlı görüş üçün tədbirin təşəbbüskarlarına minnətdarlıqlarını ifadə ediblər.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.