1 fevral 2016 16:45

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Tokioda

Tokioda Azərbaycan mütəxəssislərinin də qatıldığı Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün təşkil etdiyi seminar keçirilib. Azerisport.az xəbər verir ki, son illər cüdoda qaydaların tez-tez dəyişməsi bu seminarın önəmini daha da artırır. Olimpiadadan sonra isə bütün cüdo ictimaiyyətinə, həmçinin Azərbaycan millisinə də təsir edəcək növbəti dəyişikliklər nəzərdə tutulur.

Kodokanda baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, Rio Paralimpiadasında ədalət təmsilçisi qismində iştirak edəcək beynəlxalq dərəcəli hakim Fariz Hüseynov və məşqçilər komitəsinin sədri Hacıağa Hacıəhmədov, Hakimlər Komitəsinin üzvü, respublika dərəcəli hakim Nazim Umbayev və qadınlardan ibarət yığma komandanın köməkçi məşqçisi Azər Şıxəliyev iştirak edib.

Yeri gəlmişkən, növbəti analoji tədbir 2017-ci ildə Bakıda baş tutacaq və növbəti olimpiada üçün yeni qaydaların tətbiqinin mümkünlüyü müzakirə ediləcək. Tokioda da mütəxəssislərin müzakirə etmələri üçün kifayət qədər mövzu olub, çünki cüdo yerində saymır və son illər daim inkişafdadır. Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Xuan Karlos Barkos müzakirələrin əsas predmetinin cüdoda xalların qiymətləndirilməsi olduğunu vurğulayıb. Bir çox hallarda yarışlar zamanı hakimlər eyni epizodu müxtəlif cür qiymətləndirirlər. Bununla əlaqədar olaraq, iştirakçıların daha da yaxşı analiz etməsi və düzgün qiymətləndirməsi üçün mötəbər turnirlərdəki görüşlərdən nümunələr göstərilib. Bundan əlavə, Barkos qarşıdan gələn olimpiada və mümkün qayda dəyişiklikləri mövzusuna da toxunub: “İndi bütün diqqətlər Rioya yönəlib və ona qədər heç bir dəyişiklik olunmayacaq. Lakin olimpiadadan sonra cüdonu daha da inkişaf etdirmək üçün səylərimizi gücləndirə bilərik. 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qarşımızda növbəti olimpiadaya qədər bu və ya digər yenilikləri test etmək üçün imkan yaranacaq”.

Qeyd edək ki, bu yaxınlarda cüdoda gələcəkdə mümkün qayda dəyişiklikləri barədə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də bəhs etmişdi. (ACF)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.