31 yanvar 2016 19:00

Avropa kubokunda daha bir medal qazandıq

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Yarımfinalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olsa da, Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb. 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.

Digər cüdoçularımız – Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş Avropa kubokunda 1 qızıl, 2 bürünc medala sahib olub. Ölkəmizə qızıl medalı Oruc Vəlizadə (60 kq), bürünc medalları isə İlkin Babazadə (66 kq) və Tural Səfquliyev (90 kq) qazandırıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.