30 yanvar 2016 21:30

Cüdoçularımız Avropa kuboku yarışına uğurla başladılar

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, mötəbər turnirin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə yarımfinala gedən yolda avstriyalı Stefan Mosera, perulu Xuan Postiqa və Belarus təmsilçisi Arif Bağırova qalib gəlib. Yarımfinalda isə Vəlizadənin rəqibi komanda yoldaşı Elburus Zamanov olub. Zamanov bu bu mərhələyə qədər Mərakeş idmançısı Yasin Mutadir, çernoqoriyalı Vuka Nikçeviç və İsrail cüdoçusu Yoava Şemeş üzərində qələbə qazanıb. Yarımfinalda baş tutan Azərbaycan duelinin qalibi Elburus Zamanov olub. Təsəlliverici görüşə qatılan Vəlizadə Rusiya idmançısı Səxavət Hacıyevə məğlub olaraq 5-ci olub. Uğurlu çıxışını davam etdirən Zamanov isə finalda italiyalı Elios Mansiyə qalib gələrək Avropa kubokunu qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Babazadənin çıxışı da uğurlu alınıb. Yarımfinala qədər macar Bensa Zambori,sloveniyalı Rok Plesnik və gürcüstanlı Mindia Liluaşviliyə qalib gəlsə də, bu mərhələdə Belarus təmsilçisi Dmitriyu Şerşana məğlub olub. Lakin bürünc medal uğrunda görüşdə daha bir gürcüstanlı idmançı Qela Kelixaşviliyə qalib gəlib.

48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı ilk qarşılaşmasında belçikalı Annu-Sofi Yuranı məğlub edərək 1/4 finala yüksəlib. Lakin Rusiyalı cüdoçu Kristina Rumyantsevaya məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. İlk görüşündə sloveniyalı KristinaVrsiçə qalib gəlsə də, ikinci qarşılaşmasında israilli Noe Minskerə uduzaraq 5-ci olub.

Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli Davud Məmmədsoy (hər ikisi 60 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq), Şəhanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, millimizin 19 cüdoçu ilə təmsil olunduğu yarışlara sabah yekub vurulacaq. (ACF)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.