27 yanvar 2016 16:30

Səfərov, Məmmədov və Orucov Kuba Qran-prisindən və toplanışdan danışdı

Yanvarın 21-dək Braziliyada təlim-məşq toplanışı keçən cüdo üzrə Azərbaycan milli komandası toplanış başa çatdıqdan sonra Kubaya yollandı. Azerisport.az xəbər verir ki, ayın 22-24-də təşkil olunan Qran-pri beynəlxalq turnirində iştirak etmək məqsədilə bu ölkəyə təşrif buyuran cüdoçularımız yarışda böyük uğura imza atdılar.

Belə ki, Havanada keçirilən turnirdə Peter Zayzenbaherin yetirmələri 1 qızıl (Rüstəm Orucov), 2 bürünc (Orxan Səfərov, Elxan Məmmədov) medal qazanaraq 59 ölkə arasında 2-ci yeri tutdular. Yalnız kişilərin yarışında mübarizə aparan millimizi komanda hesabında Rusiya cüdoçuları qabaqlayıb.

Hazırda cüdoçularımız Kubada təlim-məşq toplanışını uğurla davam etdirilər. Mükafatçılar sırasında yer almış cüdoçularımızın yarış haqqındakı təəssüratlarını sizə təqdim edirik.

Rüstəm Orucov: "Braziliyadaki təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Çox güclü və ağır məşqlər idi. Bu ölkənin müxtəlif cüdo məktəblərinin yetirmələri, eləcə də Rusiya və Kolumbiya idmançıları təlim-məşq toplanışıda iştirak edirdilər. Havanada keçirilən Qran-pri haqqında isə onu demək istərdim ki, çox güclü rəqiblərimin olmasına baxmayaraq, hamısını məğlub edərək qızıl medala sahib oldum. Təbii ki, qələbə qazanmağımda iştirak etdiyim toplantıların böyük rolu oldu. Ona görə də bu şəraiti yaratdıqlarına görə rəhbərliyimizə və məşqçilərə öz dərin minnətdarlığımı bildirirəm".

Orxan Səfərov: "Braziliyadaki təlim-məşq toplanışı bizə çox lazım idi. Olimpiada öncəsi oranı görmək, bu ölkəyə uyğunlaşmaq yerinə düşdü. Çox güclü komandamız var və hər şey proqram üzrə davam edir. Ağır məşqlərin və təlim-məşq toplanışlarının bəhrəsini olimpiadada görəcəyimizə əminən. Kubadakı Qran-pri yarışında isə, ölkəmizi layiqincə təmsil edib bayrağımızı göylərə ucaltdıq".

Elxan Məmmədov: "Braziliya təlim-məşq toplanışı və Kubadakı Qran-pri göstərdi ki, komandamızda hər çəkidə iştirak edən cüdoçular yaxşı hazırlıqlıdırlar. Havanada təşkil olunan Qran-pridə çox güclü rəqiblərlə üz-üzə gəldim. Qarşılaşdığım üç rəqib dünya və Olimpiya mükafatçıları idi. Amma buna baxmayaraq, şükürlər olsun ki, medalsız qalmadım və bürünc medala sahib oldum". (Cüdo federasiyası)

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.