16 yanvar 2016 23:00

Azərbaycan cüdoçusu Afrika Kubokunu qazandı

Bu gün Tunisdə cüdo üzrə Afrika Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisinin on cüdoçusu mübarizə aparıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk görüşündə iordaniyalı cüdoçu Hait Salmanı, daha sonra Səudiyyə Ərəbistan idmançısı Eys Majraşı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Bu mərhələdə sloveniyalı Matyaj Trboviçi, finalda isə Fransa cüdoçusu Sedrik Revol üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Telman Vəliyev mübarizəyə fransalı Fərid Ben Əli üzərində qələbə qazanaraq başlayıb. Ardınca Portuqaliya təmsilçisi Dioqo Sezara qalib gəlib. Daha sonra tatami sahibi Hussen Halfauini mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb. Lakin Vəliyev bu mərhələdə fransalı Aleksandr Mariaka məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada isə Gürcüstan cüdoçusu Vaxa Marqvelaşviliyə uduzan idmançımız 5-ci olub.

Davud Məmmədov (60 kq), İlkin Babazadə (66 kq), Fəqan Quluzadə (73 kq) və Vüqar Bayramov (73 kq) mübarizəni erkən dayandırıblar.

Qadın cüdoçularımız – Leyla Əliyeva (48 kq), Aişə Qurbanlı (48 kq), Səkinə Zairova (57 kq) və Xanım Hüseynova (63 kq) da turnirlə erkən vidalaşmalı olublar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.