8 yanvar 2016 16:20

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Yanvarın 8-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizerlə görüşüb. Azerisport.az xəbər verir ki, qonağı salamlayan Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən R. Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının Fransa, Avstraliya, Çin, Koreya, Yaponiya, Afrika “Qran-pri” və “Böyük dəbilqə” turnirlərində medlallar qazandığını diqqətə çatdırıb. Ötən ilin dekabr ayında gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən R. Abdullayev bu yarışlarda rekord sayıda cüdoçuların mübarizə apardığını qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən Marius Vizer bu ilin may ayında Bakıda ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” yarışının da yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərəcəyini, yarışda dünyanın ən güclü cüdoçularının Bakıya təşrif buyuracağını qeyd edib. 2017-ci ilin yanvar ayında beynəlxalq dərəcəli hakimlərin seminarının keçiriliməsinin də Bakıya həvalə olunduğunu söyləyən cənab Vizer bu tədbirdə cüdoda Olimpiadadan sonra yeni qaydaların tətbiq ediləcəyini deyib. Həmçinin, Beynəlxalq Cüdo Federasiyanın 2 il əvvəl yaranmış akademiyası ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlığa başlanılacaq. Sonra Marius Vizer Beynəlxalq Cüdo Federasiyanın xüsusi hədiyyəsini Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.