30 dekabr 2015 17:30

Cüdo Federasiyası ilə yekun vurdu

Respublikamızda digər idman növləri kimi, cüdoya da yüksək səviyyədə dövlət qayğısı göstərilir. Azerisport.az xəbər verir ki, ona görə də bu idman növü ölkəmizdə yetərincə inkişaf edib. Elə bunun nəticəsidir ki, müstəqillik dönəmində neçə-neçə cüdoçumuz Olimpiya, dünya və Avropa çempionu adına sahib olub.

2015-ci ilin sentyabr ayında Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildikdən sonra ölkə cüdosunda yeni inkişaf mərhələsi başlayıb. Bu idman növünə göstərilən diqqət daha da artırılıb. Bu müddət ərzində cüdoçularımız bir neçə dəfə müxtəlif ölkələrdə təlim-məşq toplanışında olublar. Çempionatlarda, beynəlxalq turnirlərdə uğurla çıxış ediblər və ölkəmizə medallarla dönüblər. Bu yaxınlarda Bakı İdman Sarayında yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Cüdonun ölkədə daha da kütləviləşməsi məqsədilə təşkil olunan bu yarışlarda paytaxt və bölgələrimizdən 900-ə yaxın idmançı mübarizə aparıb. Bir sözlə, ilin ikinci yarısında daha çox nailiyyət qazanan cüdoçularımız 2015-ci ili çoxsaylı medallarla başa vurublar.

Elə bu gün ilin yekununa dair cüdoçuların bir araya gəldiyi tədbirdə də bütün bu məsələlər ətraflı şəkildə müzakirə olunub, müxtəlif mövzularda təhlillər aparılıb. Növbəti ildə görüləcək işlər, atılacaq addımlar barədə müxtəlif fikirlər səsləndirilib və bu idman növünü daha da inkişaf etdirmək üçün diskusiyalar aparılıb, suallar cavablandırılıb. 2016-cı ilin cüdoçular üçün xüsusi əhəmiyyət daşıyacağından söhbət açılan tədbirdə hədəf kimi Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları göstərilib və cüdoçuların qarşısında bu mötəbər yarışda xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyulub.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.