25 dekabr 2015 00:05

Cüdo çempionatının qalibləri nə qədər mükafat aldı?

Dekabrın 23-ü və 24-də Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda paytaxt Bakı, eləcədə respublikamızın 23 şəhər və rayonunu təmsil edən 341 cüdoçu mübarizə aparıb.

İdmançılar 41 idman klubu və cəmiyyətini təmsil ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların sonunda 14 cüdoçu qızıl, 13 gümüş və 23 atlet bürünc medal qazanıblar. Fəxri kürsüyə qalxan cüdoçulara medallar, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan çempionatının mükafat fondu 10250 (on min iki yüz əlli) manat olub. 1-ci yerin sahiblərinə 300 manat, 2-ci yeri tutanlara 200 manat və 3-cü yerlərə sahib olanlara 150 manat verilib.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.