6 dekabr 2015 13:00

Elmar Qasımov Tokioda bürünc medal qazandı

Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışının üçüncü günü Azərbaycan milli komandası üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, millimizi 100 kq çəki dərəcəsində təmsil edən Elmar Qasımov turnirin bürünc medalına sahib olub.

Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda cüdoçumuz almaniyalı Dino Pfeyfferi, daha sonra isə kubalı Joz Armenter üzərində qələbə qazanıb. Yarımfinalda isə, o, yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Elmar Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gələrək “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.

Digər təmsilçimiz Elxan Məmmədov isə məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.

Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.