28 noyabr 2015 13:30

Koreyadan daha bir medal Azərbaycana gələcək

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub. Azerisport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala qədər pakistalı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib.

Yarımfinalda kubalı Joze Armentorosa uduzan Qasımov bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini “ippon” – təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-Prisinin bürünc medalı qazanıb.

Bu çəkidə ölkəmiz təmsil edən Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub.

Qran-Prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

Beləliklə Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-Prini üçüncü yerdə başa vurublar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.