23 noyabr 2015 16:00

Çin Qran-prisində bürünc medal qazanan cüdoçularımızın yarış barədə təəssuratları

Çin Qran-prisinin sonuncu günündə bürünc medal qazanmış cüdoçularımız Ramin Qurbanov, Elmar Qasımov və Elxan Məmmədov yarışdan sonra fikirlərini bölüşüblər. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

Ramin Qurbanov: “Yarışı komanda olaraq çox yüksək səviyyədə keçirdik. Bunun nəticəsi idi ki, kişilər arasında komanda hesabında 1-ci yeri tutduq. Olimpiadaya lisenziya xarakterli yarış olduğuna görə asan rəqib yox idi. Bütün dünyadan yarışa güclü idmançılar qatılmışdı. Uzun müddət idi ki, lazımlı məşqlər keçirilmirdi. Məncə, son dövrlər medal qazanmamağımın əsas səbəbi də bu idi. Hazırda isə yeni federasiya rəhbərliyinin yaratdığı şəraitin sayəsində və yeni məşqçilərin səyləri nəticəsində medal qazana bildim. Artıq Koreya Qran-prisinin hazırlıqlarına başlamışıq. Dörd gün sonra baş tutacaq turnirə fiziki məşqçimiz Harinin rəhbərliyi altında yüngül yüklü məşqlər keçdikdən sonra kimano ilə məşqləri Piterin başçılığı altında keçəcəyik. Ümumilikdə komandamızda olan uşaqların hər birinin uğur qazanacağına əminəm”.

Elmar Qasımov: “Çox gərgin yarış keçdi. Lisenziyaya görə son yarışların hamısı ağır keçir. Medal qazanacağıma 90% əmin idim. Ancaq zədəli olduğumdan bir qədər şübhələrim var idi. Buna baxmayaraq, sona kimi mübarizə apardım və istəyimə nail oldum.  Elə alındı ki, komanda yoldaşım Elxan Məmmədovla üz-üzə gələsi olduq. Elxan bir xəbərdarlıqla qabağa keçdi. Sonra zədə aldım və passiv güləşdiyimə görə daha bir xəbərdarlıq alaraq məğlub oldum. Ayağımın ağrısına görə həmin qarşılaşmada yaxşı güləşə bilmədim. Hazırda da ağrılar hiss edirəm. Ümid edirəm ki, həkimlərimizin səyi nəticəsində gələn yarışa kimi tam hazır olacağam”.

Elxan Məmmədov: “Yarış çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq məsələlərinə də söz ola bilməzdi. Azərbaycan komandası kişilər arasında 1-ci yeri tutdu. Təbii ki, bu da bizim üçün böyük bir uğurdur. Son vaxtlar medal qazanmamağımın əsas səbəbi iki dəfə uzunmüddətli zədəli olmağım idi. Allaha çox şükürlər olsun ki, özümdə güc toplayıb yenidən geri qayıda bildim. Elmarla tatamidə rəqib olsaq da, kənarda qardaş münasibətindəyik. Görüşümüz isə çox çətin keçdi. Qarşıda Koreya Qran-prisi var. Çalışacağıq ki, o yarışda da uğurların davamını gətirək. Əlimizdən gələni edəcəyik ki, orada da qələbələr qazanaq və xalqımızı sevindirək”.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.