22 noyabr 2015 14:30

Azərbaycan cüdoçuları Çində daha 3 medal qazandılar

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışın üçüncü - sonuncu yarış günü də cüdoçularımız üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandası aktivinə daha 3 medal yazdırıb.

90 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov mübarizəyə ikinci turdan, tatami sahibi Ksun Jao Çenqi məğlub edərək qoşulub. Daha sonra Monqolustan cüdoçusu Otqonbatar Lxaqvasurenə qalib gələn Qurbanov 1/4 finalda kubalı idmançı Esli Qonzalesə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz ilk qarşılaşmasında Böyük Britaniya təmsilçisi Enryu Bernsə qalib gəlib. Ramin Qurbanov bürünc medal uğrunda mübarizədə isə rusiyalı Kiril Voprosovu “ippon” fəndi ilə məğlub edərək qələbəni bayram edib.

100 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Qasımov yarışa yaponiyalı Rutaro Qoto və gürcüstanlı Quram Tuşişvilini məğlub edərək başlayıb. 1/4 finalda isə o, argentinalı Hektor Kampos və koreyalı Hvanq Min-Hoya qalib gələn komanda yoldaşı Elxan Məmmədovla qarşılaşıb. Azərbaycan duelindən qalib çıxan Məmmədov yarımfinalda Qazaxıstan cüdoçusu Maksim Rakova uduzub. Lakin cüdoçumuz Ukrayna təmsilçisi Artem Bloşenkonu məğlub edərək bürünc medal qazanıb.

Elmar Qasıov da təsəlliverici görüşlərdə xorvatiyalı Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazananraq bürünc medala sahib olub.

Digər iki cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (100+) isə mübarizəni ilk döyüşdə məğlub olaraq dayandırıb.

Bununla da, Azərbaycan cüdoçuları Çin Qran-Prisini 6 medalla başa vurub. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) gümüş medal, Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Elxan Məmmədov (100 kq) isə Qpan-Prinin bürünc medalına sahib olublar.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.