21 noyabr 2015 00:25

Muşkiyev: Bu tempdə davam etməyə çalışacağıq

Çinin Qinqdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışın ilk günündə Azərbaycan millisinə qızıl medal qazan daha bir təmsilçimiz də İlqar Müşkiyevdir. Azerisport.az xəbər verir ki, uzaq Şərqdə bayrağımızı dalğalandıran idmançımız yarışa hazırlıqdan və rəqiblərindən bəhs edib:

- Çindəki yarışa hazırlıq yüksək səviyyədə gedirdi, yeni rəhbərlik göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu gün qazanılan uğurlar göstərdi ki, düzgün yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarışda istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqik və bu gün də bunu sübut elədik.

Cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd etmək düzgün çıxmaz. Bütün görüşlərə axırıncı görüş kimi yanaşırdım.

Ümumiyyətlə, Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq dərəcəsində 4 güclü rəqib var. Bugünkü rəqibimin güləş stili mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü xeyrimə bitirməyimə şərait yaratdı.

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla döyüş haqda bəzi məqamları dilə gətirib:

“Bildiyiniz kimi, Orxan Səfərov 60 kq dərəcəsində öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etməyib, döyüşümüz çox gərgin keçdi”.

Çüdoçumuz gələn həftə Koreyada keçiriləcək Qran-pri yarışı barədə də fikir söyləyib: "Bu yarış göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə, orda da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. İnşallah, bu tempdə davam etməyə çalışacağıq".

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.