21 noyabr 2015 00:15

Şıxəlizadə: İlk dəqiqədən ipponla qalib gələcəyimi düşünmürdüm

Çinin Qinqdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışın ilk günündə Nicat Şıxəlizadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Azerisport.az xəbər verir ki, cüdoçumuz yarışdan sonra turnirlə bağlı fikirlərini açıqlayıb:

- Bildiyiniz kimi Çin Qran-prisi ən güclü yarışlardan biridir və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub olimpiyadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim.

- Rəqiblərin haqda fikirlərini bilmək istərdik...
- Rəqiblər haqda onu deyə bilərəm ki, ilk görüşümlə yarımfinal görüşüm bir az çətin keçdi və buna baxmayaraq qalib gələ bildim. Finala isə inamla, qalib olmaq üçün çıxmışdım, amma düşünmürdüm ki, ilk dəqiqədən “ippon”la qalib gələ bilərəm. Çünki rəqibim çox güclü idmançı idi.

- Yeni məşqçi gəldikdən sonra hazırlıqlar necə keçir?
- Məşqlərimiz çox yüksək səviyyədə keçir. Onu deyə bilərəm ki, biz son zamanlar iştirak etdiyimiz bütün yarışlarda yüklənmə hazlığı ilə dincəlmədən çıxış edirik və bu bizim məşqçinin proqramıdır. Ona güvənirik. İnşallah, qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq.

- Gələn həftə baş tutacaq Koreyadakı yarış haqqında fikirlərini bilmək istərdik.
- Koreyada keçiriləcək Qran-pri yarışının da bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq.

Похожие новости

Cüdo 13 dekabr

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 09 dekabr

Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Cüdo 05 dekabr

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Cüdo 02 dekabr

Sumqayıtda beynəlxalq cüdo turniri keçirilir

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb
Cüdo 01 dekabr

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Cüdo 24 noyabr

Mayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər.
Cüdo 22 noyabr

Azərbaycan cüdoçularından DÇ-də 5-ci medal

Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.
Cüdo 22 noyabr

Zülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Cüdo 21 noyabr

Dünya çempionatında daha bir medal

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.